Rusiyanın Tomsk vilayətinin qubernatoru Vladimir Mazur ayı ovçuları üçün bir sıra təşviq proqramlarının hazırlanmasını əmr edib.
Bu proqrama hər öldürülən ayı üçün mükafat da daxildir. Vilayət qubernatoru özünün "Max" kanalında Sibir bölgələrində ayı probleminin hələ də aktual olduğunu vurğulayıb.
Sibirin digər bölgələrində olduğu kimi, Tomsk vilayətində də ayıların məskunlaşmış ərazilərin yaxınlığında gəzməsi problemi davam edir və bu da insanlar üçün ciddi təhlükə yaradır. Mazur regional hökumətə ovçuları həvəsləndirmək üçün müxtəlif tədbirlərin tez bir zamanda hazırlanmasını tapşırıb.
Xüsusilə, mütəxəssislər öldürülən hər bir ayı üçün mükafatların tətbiqi ilə bağlı təkliflər hazırlayırlar. Son məlumatlara görə, yaz mövsümünün əvvəlindən bəri Rusiyada ayıların insanlara hücumu nəticəsində ən azı 22 ölüm hadisəsi qeydə alınıb.
Bu cür hadisələrdən ikisi Buryatiyada, üçü Kamçatkada, Xabarovsk diyarı, Voloqda vilayəti və Tuvada bir hadisə baş verib. Hücumlarda Krasnoyarsk diyarında yeddi, İrkutsk və Tomsk vilayətlərində üç, Altay Respublikasında isə bir nəfər ölüb.
Daha əvvəl Yaponiyada da ayıların öldürülməsi üçün kampaniya baladılmışdı.
