Məşhur amerikalı müğənni və musiqi prodüseri P. Diddi (əsl adı Şon Kombs) ABŞ-ın “FCI Fort Dix” həbsxanasında təkadamlıq kameraya köçürülüb.
Bu barədə "TMZ" nəşri məlumat yayıb.
Bildirilib ki, köçürülmə qayda pozuntuları ilə bağlı məlumatların araşdırılması zamanı tətbiq olunan standart prosedurdur. Reper artıq ikinci dəfədir ki, təkadamlıq kameraya göndərilir. O, daha əvvəl başqa məhbusla dava etdikdən sonra təkadamlıq kameraya salınmışdı.
Məlumata görə, budəfəki köçürülməyə “NBC News”un araşdırması səbəb olub. Nəşrə danışan dörd keçmiş məhbus P. Diddinin bəzi məhbuslara yatağını yığdırdığı, paltarlarını yudurtduğu, tualeti təmizlətdiyi, masaj etdirdiyi və kameraya yemək sifariş etdiyi barədə iddialar səsləndirib.
Həmçinin onun sosial şəbəkələrə baxmaq üçün qaçaq smartfonlardan istifadə etdiyi və həbsxanaya kənardan spirtli içkilər gətizdirdiyi iddia olunub. Reperin vəkili bütün ittihamları rədd edib.
Qeyd edək ki, P. Diddi ötən ilin oktyabrında insanları fahişəliyə məcbur etmə ittihamı ilə təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

