Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Valuyki rayonunun Koloskovo kəndinə raket hücumu nəticəsində 6 mülki şəxs həlak olub.
Bu barədə Belqorod vilayətinin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, Ukrayna raketlərinin kəndə düşməsi nəticəsində 6 nəfər həyatını itirib.
Hadisə zamanı daha 4 nəfər yaralanıb.
Rusiya rəsmisi hücumda Ukrayna ordusunu ittiham edib. Kiyev isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.
