Sizin reklam burada
Sizin reklam burada

Yeni mövsümdən Elşən Orucov və İlkin Həsəninin verlişi bağlanır

Yeni mövsümdən Elşən Orucov və İlkin Həsəninin verlişi bağlanır

Yeni televiziya mövsümü ərəfəsində ARB-də proqramlarla bağlı dəyişikliklər davam edir.

SKNDL MAG-ın əldə etdiyi məlumata görə, ötən mövsüm ARB televiziyasında Elşən Orucov və İlkin Həsəninin təqdimatında yayımlanan "İki Başlı" proqramı yeni sezonda tamaşaçı qarşısına çıxmayacaq.

Layihənin aparıcılarından Elşən Orucovun yeni mövsümdə ARB-də fəaliyyətini davam etdirib-etdirməyəcəyi isə hələlik sual altındadır.

İlkin Həsəni ARB ilə əməkdaşlığını davam etdirəcək. Aparıcı yeni mövsümdə kanalın hazırladığı yeni musiqi yarışması ilə tamaşaçı qarşısına çıxacaq.

Yeni layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarında yaşayan, geniş auditoriyaya hələ tanış olmayan istedadlı səsləri üzə çıxarmaqdır. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində istedad axtarışlarının aparılması nəzərdə tutulur.

Yarışma yalnız pop musiqi ilə məhdudlaşmayacaq. Xalq musiqisi, caz və digər janrlarda güclü vokal imkanlarına sahib iştirakçılar da layihədə özlərini sınaya biləcəklər.

Regionlardan seçilən istedadlar daha sonra televiziya ekranında musiqi yarışması formatında birincilik uğrunda mübarizə aparacaqlar.

Beləliklə, "İki Başlı" yeni mövsümdə efirdə olmasa da, proqramın aparıcılarından İlkin Həsəni ARB ekranlarında bu dəfə tamamilə fərqli formatda tamaşaçı qarşısına çıxacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ