2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
İlin ilk 7 ayında Azərbaycan 14 milyard 427 milyon 713.63 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 4 milyard 882 milyon 439.84 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən illə müqayisədə 0,13% artıb, dəyəri isə 7,34% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,25% olub.
İxrac edilən neftin həcminə gəlincə, ilin ilk altı ayında 8 milyard 32 milyon 903.55 min dollar dəyərində 12 milyard 722 milyon 590.97 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 12,08% azalıb, dəyəri isə 4,87% artıb.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 69.31% olub.
