Sizin reklam burada
Sizin reklam burada

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ