Sizin reklam burada
Sizin reklam burada

16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alındı

16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alındı

Salyan rayonunda şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar.

Qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi təxirə salınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ