Yer kürəsində geomaqnit vəziyyətində dalğalanmalar başlayıb.
Bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, maqnit qasırğası mayın 15-i səhər saat 06:00-da başlayıb. İlk saatlarda geomaqnit aktivliyi G2 səviyyəsinə qədər yüksəlib və təxminən üç saat bu səviyyədə qalıb.
Daha sonra vəziyyət nisbətən sabitləşib və günorta saatlarınadək göstəricilər “sarı” həddi keçməyib. Ardınca isə maqnit dalğalanmaları zəifləyib.
Alimlərin proqnozuna görə, geomaqnit aktivliyi bu gün yenidən axşam saat 21:00 radələrində artacaq. Mayın 16-sı səhər saat 06:00-da isə maqnit qasırğasının yenidən güclənərək G1 səviyyəsinə çatacağı və təxminən üç saat davam edəcəyi gözlənilir.
Mütəxəssislər xüsusilə meteohəssas insanların bu günlərdə özlərini halsız, yorğun və əsəbi hiss edə biləcəyini bildirirlər.

