Türkiyənin Antalya şəhərində may ayı üçün gözlənilməz olan qar yağışı səbəbindən magistral yolda nəqliyyatın hərəkəti dayanıb.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, intensiv yağıntılar səbəbindən yol bağlanıb, sürücülər avtomobilləri Antalya-Afyon yolunun kənarlarında saxlamalı olublar.
Qeyd olunub ki, yağıntılar ötən gün başlayıb və yüksək dağlıq ərazilərdə sürətlə qara çevrilib. Bu, nəqliyyatın hərəkət şəraitinin kəskin pisləşməsinə səbəb olub. Yol xidmətləri artıq ərazinin təmizlənməsinə başlayıblar.
