Sizin reklam burada
Sizin reklam burada

Rusiya Ukrayna ilə sülhün qarşısını alan ölkənin adını açıqladı

Rusiya Ukrayna ilə sülhün qarşısını alan ölkənin adını açıqladı

Fransa Avropa İttifaqında (Aİ) Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün qarşısını alan əsas qüvvələrdən biridir.
Bu fikri Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Fransa Avropa Birliyi daxilində Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün qarşısını almağa yönəlmiş fəaliyyətin əsas hərəkətverici qüvvəsidir.
Diplomatın sözlərinə görə, Fransa razılaşmaları pozmaq üçün hər cür addımlar atır.
Meşkov daha əvvəl bildirmişdi ki, Paris Rusiya nümayəndələrini 8 mayda qeyd olunan Faşizm üzərində Qələbə Günü şənliklərinə dəvət etməyib. O qeyd edib ki, Fransa bir neçə ildir Rusiyanı bu tədbirlərə dəvət etmir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ