Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə "FETÖ ƏMƏLİYYATI": 286 nəfər saxlanıldı

 Türkiyədə "FETÖ ƏMƏLİYYATI": 286 nəfər saxlanıldı

Son bir ay ərzində Türkiyənin 50 vilayətində “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə oktyabrın 21-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, əməliyyatlar Ankara, İstanbul və İzmir kimi böyük şəhərləri də əhatə edib. Həbs olunan şəxslər qadağan olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət şəbəkələrini maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock” adlı şifrəli mesajlaşma proqramından yararlanmaqda ittiham olunurlar.

Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ