Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı Özbəkistan və Tacikistanın Xalq artisti Yodqar Sağdiyevə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının Genel Müdiri Tamer Karadağlıya, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzova, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşseverə, həmin teatrın aktrisası, Əməkdar incəsənət xadimi Məlahət Kalyoncuya, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərova, Xalq artistləri Samir Cəfərov və Mehriban Zəkiyə, eləcə də Əməkdar artist Anar Heybətova təqdim olunub.
#azərbaycanmədəniyyəti #mədəniyyət #teatrgünü #teatr
