Sizin reklam burada
Sizin reklam burada

Pensiya yaşına az qalanları işdən çıxarmaq olmaz - TƏKLİF

Pensiya yaşına az qalanları işdən çıxarmaq olmaz - TƏKLİF

Azərbaycanda bəzi vətəndaşlar pensiya yaşına az qalmış iş yerlərini itirirlər. Bu isə onların yenidən iş tapma şansını çətinləşdirir və sosial təminatına təsir göstərir.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, bir sıra ölkələrdə pensiya yaşına 2 il qalmış şəxslərin işdən azad edilməsi qadağandır və Azərbaycanda da oxşar praktikanın tətbiqi təklif olunur.
Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, bu təklifin tətbiqi asan deyil:
"Çünki mövcud bəzi dövlət qurumlarında optimallaşdırılma və ixtisar prosesləri aparılır. Publik hüquqi şəxslərdə və dövlətə tabe olan təsərrüfat subyektlərində optimallaşdırma gedir və böyük ixtisarlar var. O ixtisara düşənlərin xeyli hissəsi 60 yaşı keçənlərdir. Digər tərəfdən insanlar işsiz qalır. Ona görə də praktiki tətbiqi çox çətindir".
Beləliklə, pensiya yaşına az qalmış vətəndaşın işdən çıxarılması ilə bağlı təklif müzakirə mövzusu olaraq qalır. Qərarın qəbul olub-olmaması isə müzakirələrdən sonra bəlli olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ