Yeni avtobus kartlarının istifadəyə verilməsi və ödənişin məsafəyə görə hesablanması planlaşdırılır.
Ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yaxın illərdə bir sıra mühüm dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində "Brutto" müqavilə modelinə mərhələli keçid nəzərdə tutulur.
AYNA-dan bildirilib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərinin nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbi qaz və elektrik mühərriki ilə təchiz edilən avtobuslara tətbiq ediləcək.
