“Sabahın alimləri” Respublika müsabiqəsinin final mərhələsində uğur qazanan şagirdlərimizi təbrik edirik.
Şagirdlərimiz müsabiqədə qazandıqları uğurlarla regionumuzun təhsil nailiyyətlərinə növbəti töhfəni veriblər.
Onlar müsabiqəni ümumilikdə
???? 2 qızıl,
???? 4 gümüş,
???? 9 bürünc medal ilə başa vurublar.
Bu nailiyyətlər şagirdlərimizin elmi-tədqiqat bacarıqlarının inkişafına göstərilən diqqətin və müəllimlərin fədakar əməyinin bariz nümunəsidir.
Qeyd edək ki, müsabiqədə fərqlənən şagirdlər aşağıdakı təhsil müəssisələrini təmsil edirlər:
Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi – ???? 1 qızıl, ???? 1 gümüş, ???? 1 bürünc medal
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyası – ???? 1 gümüş, ???? 2 bürünc medal
Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb – ???? 1 qızıl, ???? 3 bürünc medal
Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb – ???? 1 bürünc medal
Sumqayıt şəhər M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya.– ???? 1 bürünc medal
Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb – ???? 2 gümüş medal
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəb – ???? 1 bürünc medal
Qalib olan bütün şagirdlərimizi və onların müəllimlərini ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq! ????
