Moskvada "Crocus City Hall" mərkəzində törədilmiş terror hadisəsində iştirak edən dörd nəfərə hökm oxunub.
Bu barədə TASS agentliyi xəbər yayıb.
Məhkəmə Şəmsiddin Fəriduni, Dalerdjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidəkrəm Rəcəbalizodanı təqsirkar hesab edib.
Qərara əsasən, adları qeyd olunan şəxslərin hər birinə ömürlük həbs cəzası təyin olunub.
Qeyd edək ki, "Crocus City Hall"da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar.
