"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.
Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.
