Sizin reklam burada
Sizin reklam burada

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Proqnoz

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Proqnoz

Azərbaycanda iyunun 18-də hava şəraitinin əsasən isti və yağmursuz keçəcəyi gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Cənub-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 31-36 dərəcə isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı ərazilərdə yağışın intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər.
Ölkə ərazisində havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-30 dərəcəyədək isti olacaq.

  • Sosial şəbəkədə paylaş