
Süd Yolunda qaranlıq maddə ilə bağlı maraqlı kəşf edilib. Alimlər qalaktikanın mərkəzində qeydə alınan güclü qamma-şüalanmanın səbəbini qaranlıq maddə ilə əlaqələndiriblər.
Physical Review Letters jurnalında dərc olunan araşdırmaya əsasən, qaranlıq maddə Süd Yolunun mərkəzində dairəvi formada deyil, bir qədər yastı və qeyri-bərabər şəkildə paylanıb. Mütəxəssislər bildirirlər ki, bu forma qalaktikanın mərkəzindəki güclü şüalanmanı izah edə bilər.
Tədqiqatçılara görə, nəticələr qaranlıq maddə hissəciklərinin bir-birini məhv etməsi (annihilasiya) nəzəriyyəsini gücləndirir və elm adamlarını kainatın ən böyük sirrlərindən birini anlamağa bir addım da yaxınlaşdırır.
