arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Türkiyə Rusiyadan bu məhsulun alışını kəskin azaltdı - Nə baş verir?

Türkiyə Rusiyadan bu məhsulun alışını kəskin azaltdı - Nə baş verir?2025-ci ilin aprelində Türkiyə Rusiya neft məhsullarının idxalını dörddə bir azaldıb.

Bu barədə “RİA Novosti” dövlət statistika xidmətinə istinadən məlumat yayıb.

Məlum olub ki, tədarüklər iki il yarım ərzində minimum dəyərə - 735,7 milyon dollara çatıb. Mart ayı göstəriciləri ilə müqayisədə bu rəqəm 11 faiz azdır.

Türkiyə yanvar-aprel aylarında Rusiya neft məhsullarına 3,3 milyard dollar xərcləyib. Bu göstərici bir il əvvəllə müqayisədə 14,5 faiz çoxdur. Satınalmaların əksəriyyətini xam neftdən və ya bitumlu süxurlardan qazoylları (616,3 milyon dollar), təyyarə yanacağı (49,1 milyon dollar), xam neft və ya bitumlu süxurlardan açıq rəngli neft məhsulları (48,8 milyon dollar), digər qazoylları (11 milyon dollar) və sürtkü yağları (10,4 milyon dollar) təşkil edib.

Buna baxmayaraq, aprel ayında Rusiya Türkiyəyə neft məhsullarının əsas tədarükçüsü olub. Bundan başqa, Misir, Hindistan, Fransa və İtaliya da liderlər arasındadır.

Yazın ikinci ayının nəticələrinə görə, Rusiya Türkiyəyə buğda ixracını 1.5 dəfə artıraraq, müvafiq rəqəmi maksimum həddə çatdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ