arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyik

Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyikİlon Mask dünyanın necə məhv olacağını açıqlayıb

 SpaceX və Tesla-nın CEO-su İlon Mask dünyanın sonu ilə bağlı xəbərdarlıq edib.

Mask Günəşin getdikcə böyüyən quruluşunun Yer üzündəki həyatı qaçınılmaz şəkildə sona çatdıracağına diqqət çəkib və insanların başqa planetlərə köçürülməsinin vacib olduğunu bildirib.

O, Günəşin böyüməsinin və Yer üzündə həyatın sona çatmasının "qaçınılmaz" olduğunu qeyd edib. O, bu vəziyyətin qarşısını almaq üçün gələcəkdə insanların planetlər arasında hərəkət etməsinin əsas hədəf olması gərəkdiyini vurğulayıb.

"Dünya bir gün yanıb kül olacaq," deyə Mask bildirib və əlavə edib ki, insanlar başqa planetlərə köç etməyi bir seçim deyil, artıq bir məcburiyyət olaraq görməlidir. Marsın bu sahədə önəmli yer tutduğunu ifadə edən Mask bu istiqamətdə atılacaq addımların təxirə salınmamalı olduğunu söyləyib.

SpaceX şirkəti bu cür planların reallaşması üçün ciddi hazırlıqlar aparır və Marsa insan göndərmə layihəsini irəlilətməkdədir. Maskın dediklərinə görə, digər planetlərə köç etmək bəşəriyyətin davamlılığı üçün həyati əhəmiyyət daşıyır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ