Sizin reklam burada
Sizin reklam burada

60 günlük atəşkəs - HƏMAS İsrailli girovların yarısını azad edəcək

60 günlük atəşkəs - HƏMAS İsrailli girovların yarısını azad edəcəkFələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinin təklif etdiyi atəşkəs planını qəbul edib.

Bu barədə KİV-lər bildirir.

Məlumata görə, HƏMAS 60 günlük atəşkəs çərçivəsində bir sıra fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad edəcək.

Humanitar yardımların maneəsiz şəkildə anklava daxil olmasını təmin etmək üçün İsrail qoşunlarının Qəzzanın dərinliklərindən çıxarılması da nəzərdə tutulur.

Girovların təhvil verilməsi iki mərhələdə baş tutacaq, HƏMAS ölənlərin cəsədlərini də təhvil verəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ