"Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı"na uyğun olaraq bu gün liseyimizin ingilis dili müəllimləri; Samirə İsmayılova,Anar Abbasov və Aygün Səmədovanın təşkilaçılığı ilə "Dünya şöhrətli Dahi _ Heydər Əliyev " başlığı altında ədəbi-bədii tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Sonra Ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərimizin hazırladıqları şeir, musiqi,rəqs nömrələri, səhnəciklər tamaşaçılar tərəfindən böyük maraqla izlənildi.
Tədbirdə liseyin müəllim,şagird kollektivi ilə yanaşı valideynlər də iştirak etdilər.
Tədbirin sonunda iştirakçılara liseyin direktoru Elçin Məmmədov tərəfindən təşəkkürnamələr təqdim olundu.
