Sizin reklam burada
Sizin reklam burada

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü xalqımızın yaddaşında əbədi həkk olunmuşdur

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü xalqımızın yaddaşında əbədi həkk olunmuşdur


12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü, Azərbaycan tarixinin ən dəyərli günlərindən biri kimi xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Bu gün Ulu Öndərin həyat yolu, dövlətçilik fəaliyyəti, Vətən qarşısındakı misilsiz xidmətləri böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Heydər Əliyev Azərbaycan xalqının taleyinə yazılmış ən böyük liderlərdən biridir. XX əsrin çətin və mürəkkəb siyasi şəraitində respublikaya rəhbərlik etdiyi ilk dövrdən etibarən, o, ölkəni gerilikdən, iqtisadi durğunluqdan çıxarmaq üçün dərin islahatlara başladı. Azərbaycanın sənayesi, kənd təsərrüfatı, təhsili və mədəniyyəti sürətlə inkişaf etdi, milli kadr siyasəti gücləndirildi.

Müstəqilliyin ilk illərində ölkəni bürümüş xaos, separatçılıq və siyasi qarşıdurmalar fonunda Azərbaycan parçalanma həddinə çatmışdı. Xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev həm ölkəni vətəndaş müharibəsindən qurtardı, həm də dövlətçiliyin məhv olmaq təhlükəsini aradan qaldırdı.
Ulu Öndərin qətiyyəti və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanda sabitlik bərpa olundu, dövlət institutları formalaşdı, ordu quruculuğuna başlanıldı və ölkə dünya siyasətində öz sözünü deməyə başladı.

Heydər Əliyevin Azərbaycanın iqtisadi və siyasi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi” bu gün də ölkənin inkişaf strategiyasının aparıcı sütunlarından biri olaraq qalmaqdadır. Bu müqavilə ölkənin beynəlxalq enerji xəritəsində mühüm aktora çevrilməsinə, iqtisadiyyatın güclənməsinə və regional əməkdaşlıq əməkdəsliklərini genişləndirməsinə səbəb oldu.

Hər il 12 dekabrda Azərbaycan xalqı Ulu Öndərin məzarını ziyarət edir, onun böyük irsini dərindən dəyərləndirir. Bu gün Heydər Əliyev ideyaları yalnız xatirə kimi deyil, həm də müasir Azərbaycanın inkişaf yolunu müəyyən edən əsas istiqamətlərdən biri olaraq yaşayır.


Sahib Qasımov,
İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ