Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhəri, Göygöl, Goranboy-Naftalan, Daşkəsən və Samux rayonları üzrə Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) yeni seçilmiş üzvləri üçün təlim təşkil olunub.
Təlimin əsas məqsədi — komissiya üzvlərinin peşəkar bilik və bacarıqlarını artırmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların fərdi ehtiyaclarının düzgün qiymətləndirilməsi və onlara göstəriləcək dəstəyin keyfiyyətini yüksəltməkdən ibarətdir.
Bu kimi təlimlər inklüziv təhsilin inkişafı, uşaqların sosial inteqrasiyası və bərabər təhsil imkanlarının təmin olunmasına xidmət edir.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #PTPK
