Sizin reklam burada
Sizin reklam burada

Rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdiAzərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən Bakı-Balakən-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.

  • Sosial şəbəkədə paylaş