arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər

Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlərFransada “Telegram” platforması vasitəsilə təşkil edilən yeni terror təşkilatı yaradılıb. "Defense des Droits des Prisonniers Français” (Fransız Məhbusların Hüquqlarının Müdafiəsi)" adlı qrup maşınları yandırıb, həbsxanalara və mühafizəçilərin evlərinə hücum edib.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, sözügedən qrup hücumlarda yanan maşınlara və hücum etdikləri həbsxanaların divarlarına adını yazdırıb. Min üzvü olan qrup həbsxananın mühafizəçilərini tanıyan, evlərini tapıb onlara hücum edənlərə 10 min manata qədər pul mükafatı təklif edib.

“Telegram” qrupu bəzi mesajları zorakılıq çağırışları ehtiva etdiyi üçün silib. Lakin platformada hələ də mühafizəçiləri tapa bilənlərə mükafatlar təklif edən mesajlar paylaşılmağa davam edir.

"Biz terrorçu deyilik. Həbsxanalarda insan hüquqlarını müdafiə etmək üçün buradayıq", - deyə qrupun yaydığı bəyanatda bildirilib.

Fransanın Terrorla Mübarizə Prokurorluğu istintaqı öz üzərinə götürüb. Daxili Kəşfiyyat Xidməti DGSI də prosesə cəlb edilib. Fransa hökuməti hücumların arxasında kimin dayandığını hələlik açıqlamayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ