Bu ilin birinci yarısında Tacikistandan 17 mindən çox əmək miqrantı Rusiyadan qovulub.
Publika.az xəbər verir ki, bu barədə Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri Gülnora Xasanzoda bildirib. O qeyd edib ki, bu, bütün ötən illə müqayisədə çoxdur.
“6 ay ərzində ümumilikdə 17 134 Tacikistan vətəndaşı Rusiyadan qovulub. Bizim illik məlumatımız var, 2023-cü ildə 11 mindən çox insan deportasiya edilib”, - nazir vurğulayıb.
Xasanzoda əlavə edib ki, məlumatı Düşənbəyə Rusiya tərəfi verib.
