Sizin reklam burada
Sizin reklam burada

Tanınmış teleaparıcı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Tanınmış teleaparıcı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
Ukraynada gedən ağır döyüşlər zamanı teleaparıcı Kərim Qulamov həlak olub.

Bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdiriblər.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ