Sizin reklam burada
Sizin reklam burada

3 may 2024-cü il tarixində, "İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan İdman Kompleksində futbol idman növü üzrə məşğələ təşkil olunub

3 may 2024-cü il tarixində, "İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan İdman Kompleksində futbol idman növü üzrə məşğələ təşkil olunub.
Qobustan rayon Uşaq-Gənclər İdman Məktəbinin futbol üzrə baş məşqçi-müəllimi Fərid Əzizovun rəhbərliyi altında keçirilən tədbirdə 18 nəfər həvəskar iştirak edib.
Məşğələ zamanı həvəskarlara futbol idman növü haqqında ətraflı məlumat verilib. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi Fərid müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetirmişlər.️Məşğələnin sonunda iştirakçılar komandalara bölünərək futbol üzrə oyun keçirmişlər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında futbol idman növünə marağın artırılması, bu idman növünün rayonda inkişaf etdirilməsi, təlim-məşq proseslərinin və idman oyunlarının kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği olunması və asudə vaxtın səmərəli təşkilidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ