Sizin reklam burada
Sizin reklam burada

Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək

Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək



Bu gün Qazaxıstanda yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçiriləcək. 545 namizəd irəli sürən yeddi siyasi partiya 145 yer uğrunda mübarizə aparacaq.

Təxminən 12,6 milyon vətəndaş səs vermək hüququna malikdir.

Ölkədə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə Qazaxıstanın 61 ölkədəki diplomatik nümayəndəliklərində də keçirilir.

Seçkilər yalnız partiya siyahıları ilə keçirilir. Səslərin azı 5 %-ni toplayan partiyalar parlamentdə yer qazanacaqlar.

Qeyd edək ki, seçkilərdə qeydiyyatdan keçmiş yeddi partiya iştirak edir: "Amanat", "Respublica", Qazaxıstan Xalq Partiyası, "Aul", "Ak yol", Milli Sosial Demokrat Partiyası və "Baytak".

Səsverməni 42 ölkədən 777 beynəlxalq müşahidəçi, ATƏT, MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatı da daxil olmaqla və 13 beynəlxalq təşkilat izləyəcək.

Nəticələr hesablandıqdan sonra partiyalar yeni Qurultay yaradacaqlar. Parlamentin ilk sessiyası seçkinin nəticələri dərc edildikdən sonra 30 gündən gec olmayaraq keçirilməlidir.

Yeni parlament həmçinin hökumətin formalaşdırılmasında və baş nazirin namizədliyinin təsdiqlənməsində iştirak edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ