01 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə master-klass təşkil olunub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının rayon üzrə nümayəndəsi Rəfail Məmmədlinin rəhbərliyi altında keçirilən tədbirdə 20 nəfər həvəskar iştirak edib.
R.Məmmədli master klass zamanı yeniyetmə idmançılara və həvəskarlara stolüstü tennis idman növü haqqında ətraflı məlumat vermiş və həvəskarları bu idman növü ilə məşğul olmağa dəvət etmişdir. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçinin rəhbərliyi altında stolüstü tennis üzrə müxtəlif üsulda hücum zərbələrini və qəbul qaydalarını yerinə yetirmiş, ikitərəfli oyunda qüvvələrini sınamışlar.
Master-klasın keçirilməsində məqsəd həvəskarlar arasında stolüstü tennis idman növünə marağın artırılması, bu idman növünün rayonda inkişaf etdirilməsi, idman oyunlarının kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği olunması, gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və asudə vaxtın səmərəli təşkilidir.