03 may2024-cü il tarixində, "İdman hamı üçün" layihəsi çərçivəsində "Şamaxı" İdman Klubunda MMA və Pankration idman növləri üzrə məşğələ təşkil olunub.
Tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Orxan Hacıyevin rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən MMA və Pankration idman növləri haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.