Sizin reklam burada
Sizin reklam burada

“Məktəblilərin respublika çempionatı “ yarışlarının sərbəst güləş idman növü üzrə zona mərhələsinin növbəti turu keçirilib

04 may 2024-cü il tarixdə Şamaxı rayonunda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə qəbul etdiyi qərara əsasən keçirilən “Məktəblilərin respublika çempionatı “ yarışlarının sərbəst güləş idman növü üzrə zona mərhələsinin növbəti turu keçirilib.
Tədbirin açılış mərasimində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov, Şamaxı Təhsil sektorunun əməkdaşı Babalar Ağayev ,Şamaxı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Şəhriyar Soltanov , məşqçi müəllimlər və zona üzrə 60 nəfərdən çox idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi,olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadənin təmin edilməsi olub.
İdman yarışında müvafiq olaraq I,II və III yeri qazanan idmançılar yarışların final mərhələsində iştirak etmə hüququnu qazanıblar.Qalib idmançıları təbrik edirik və uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ