Sizin reklam burada
Sizin reklam burada

Moskva Kiyevin mərkəzini vuracaq: Xarici diplomatlar burada gizlənəcəklər

Moskva Kiyevin mərkəzini vuracaq: Xarici diplomatlar burada gizlənəcəklər

Qələbə Günündə Rusiyanın Ukraynanın hücumlarına cavab verəcəyi təqdirdə Kiyevdə çalışan xarici diplomatların təxliyə oluna biləcəyi yer məlum olub.
Bu barədə Rusiya Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç Ura.ru ilə söhbətində bildirib.
Klintseviç əmindir ki, diplomatlar Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın vətəndaşları şəhərdən təxliyə etmək tövsiyəsinə qulaq asacaqlar, əks halda hücumla üzləşəcəklər.
Klintseviç əlavə edib ki, diplomatlar bu dövrdə şəhərin kənarında, hansısa sanatoriyada gizlənə bilərlər.
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə keçirilən tədbirlər zamanı 8 may saat 00:00-dan 10 maya qədər atəşkəs elan edib.
Lakin xəbərdarlıq edilib ki, Ukrayna paradı pozmağa çalışarsa, Rusiya ordusu Kiyevin mərkəzinə cavab zərbəsi endirəcək.

  • Sosial şəbəkədə paylaş