Sizin reklam burada
Sizin reklam burada

Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın bu vilayətinə kütləvi hücumu

Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın bu vilayətinə kütləvi hücumu

Rusiya hava hücumundan müdafiə qüvvələri Rostov vilayətində Ukraynanın irimiqyaslı pilotsuz təyyarə hücumunu dəf edib.
Bu barədə vilayət qubernatoru Yuri Slyusar "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, qarşı tərəfin hava hədəfləri bölgənin 12 şəhər və rayonunda ələ keçirilib. Bunlara Millerovski, Kamenski, Morozovski, Verxnedonskoy, Tarasovski, Kaşarski, Belokalitvinski, Şoloxovski və Çertkovski rayonları, eləcə də Volqodonsk, Donetsk və Kamensk-Şaxtinski şəhərləri daxildir.
Slyusar qeyd edib ki, Ukraynanın pilotsuz təyyarələrinin hücumları nəticəsində bölgə sakinlərindən heç biri zərər görməyib.
Lakin Tarasovski rayonunda elektrik xətti sıradan çıxdığından evlər işıqsız qalıb.

  • Sosial şəbəkədə paylaş