Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
Güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.
