Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasında məhdudiyyəti aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq.
Bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Ən vacib nəticələrdən biri Tramp-Vens administrasiyasının bizim regiondan gözləntisi TRİPP layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda təhlükəsiz daşımalar dəhlizinə çevriləcək".
