Sizin reklam burada
Sizin reklam burada

Bir elin şərəfi, şöhrəti, şanı...

Bir elin şərəfi, şöhrəti, şanı...

Bu gün uzun illər dövlət qulluğunda səmərəli fəaliyyəti, peşəkarlığı və məsuliyyətli mövqeyi ilə seçilmiş, nümunəvi həyat yolu keçmiş Vidadi Bayramlının 70 illik ömür yolundan, onun zəngin əmək fəaliyyəti, ictimai fəallığı və ailə dəyərlərinə bağlılığından, gənc nəsillərə əsl örnək olan həyatlndan bəhs etməyə çalışacağam. Rayonumuzun dəyərli ziyalı oğlu jurnalist qardaşım Daşdəmir Əjdəroğlu Vidadi müəllimlə bağlı çap olunacaq kitabda mənim də yazımın olmasını deyəndə sevindim. Amma necə yazacağımı, haradan başlayıb harada qurtaracağımı bilmədim. Əminəm ki, məndən qabaq yazanların çoxu Vidadi müəllimin tərcümeyi-halını da yazıb və digər vəzifələrdə işləməsini də. Mən ürəyimin dərin qatlarından süzülüb gələn fikirləri qeyd edəcəyəm.
Vidadi müəllim İsmayıllımızın fəxr ediləsi ziyalılarındandır. Rayonumuzun dağlar kimi əzəmətli, bulaqları kimi durudur. Onunla həmsöhbət olmaq adamı yormaz, əksinə, adama əlavə enerji bəxş edər.
Vidadi Bayramlı hər kəslə öz dilində danışmağı bacaran adam olub. Hələ cavan yaşlarından nəsihət etməyi, öyüd verməyi, doğru yol göstərməyi bacarıb. İti ağlı, düşüncəsi, riskli olmağı... istənilən vəziyyətdən çıxmaqda ona kömək edib. Qanunu çox sevir. Qanundankənar iş görməyi xoşlamayıb. Ömründə bir dəfə də uduzmayıb. Həyatda həmişə fərqlənib. Daim Vidadi müəllimin başına yığışıblar, ondan məsləhət alıblar, onun köməyinə ehtiyac duyublar. Bu mərd KİŞidən maddi və mənəvi kömək alıb, ondan məsləhət istəyib, onun fikirləri ilə razılaşıblar. Onun insanlarla dostluğunu, qardaşlığını hər zaman nümunə kimi göstərirlər. Həmişə də haqlı olub Vidadi müəllim. Dedikləri doğru çıxıb onun. Onun məsləhətlərindən ziyan görən olmayıb.
Həyata, dünyaya özünəməxsus baxışları var. Elə bir iş, elə bir hadisə yoxdur ki, ona fikrini bildirməsin, münasibətini açıqlamasın.
... 2009-cu ildə çapdan çıxan kitabımı təqdim eləmək üçün "Domsovet"-ə, onun iş yerinə getmişdim. Uzun illərin doğması kimi görüşdük. Ayrılanda dedi ki, iş yerimi tanıdın, nə zaman istədin gəl. Yeni kifabların çap olunanda məni yaddan çıxartma. Uğurumu da özünün və övladlarının uğuru kimi qəbul edirdi. Vidadi müəllim İsmayıllını da, ismayıllıları da bir başqa cür sevir. Sonralar bir neçə dəfə İsmayıllı ziyalılarının tədbirlərində qarşılaşdıq. Yenə də həmin doğmalıq. Mən inanmıram ki, Vidadi müəllim indiyədək kiminsə xətrinə dəymiş olsun...
Bir müddət sonra İsmayıllıda görüşdük. Artıq pensiyaya çıxıb rayonda yaşayırdı. Vidadi müəllimlə bizim uzaqdan da olsa, bir qohumluq bağımız var. Həm də qızı Şəfəq xanımla İsmayıllı şəhər 1 saylı tam orta məktəbində işləmişik.
Vidadi müəllim cənnəti bu dünyada qazanan insanlardandır. Savadlı, istedadlı və tərbiyəli 4 övlad böyüdüb cəmiyyətimiz üçün. Bu gün övladlarının səsi həm rayon, həm də ölkə miqyasında eşidilir. Bir valideyin üçün bundan gözəl nə ola bilər ki? Harda işləyibsə, hər zaman uğur və hörmət qazanıb. Özünün və İsmayıllının adını uca edib hər zaman.
Vidadi Bayramlını bacarıqlı, böyük nüfuza malik bir insan kimi tanımışam. Onun həqiqətən də bir çox gözəl keyfiyyəti var. Dostluğa, yoldaşlığa sədaqəti, camaatın qədrini bilməsi, yıxılanın əlindən tutması, elin qayğısına qalması onu Sərdaharın və sərdaharlıların, həm də ismayıllılıların gözlərində ucalda bilib.
Vidadi Bayramovun bu şərəfli həyat yolu, dövlətə və cəmiyyətə göstərdiyi səmərəli xidmətlər, ailə dəyərlərinə sədaqəti münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və nəvələrinin xoş gələcəklərini görməyi diləyirəm. Onun örnək ömür yolu hər zaman təqdirəlaiqdir. Vidadi müəllim məmləkətimizin qənimət sayılacaq ziyalılarındandır. Mən ona həmişə Yaxşı Adam demişəm. Bu gün də deyirəm: çox yaşa Yaxşı Adam! Nə yaxşı ki varsınız! Dünya və həyat sizin kimi Yaxşı Adamlarla gözəldir!
Və sonda:

Şöhrət zirvəsinə ucaldı, çatdı,
Xalqın ürəyindən kədəri atdı.
Kasıba, yoxsula o, əl uzatdı,
Onların arxası, dayağı oldu.

Vətəni canından artıq sevibdi,
Daşların üstündə çiçək bitirdi.
Həmişə özüylə sevinc gətirdi,
Bu yurdun xoş günü, xoş çağı oldu.

Ay xalqım, sən onu yaxından tanı,
Əsrə bərabərdir inan hər anı.
Bir elin şərəfi, şöhrəti, şanı,
Bir elin ucalan bayrağı oldu.


Yusif MƏHƏMMƏDOĞLU,
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru,
AYB-nin və AJB-nin üzvi, Prezident təqaüdçüsü

  • Sosial şəbəkədə paylaş