
Milli Məclis Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin) 2024-cü ildə fəaliyyəti haqqında məlumatı dinləyir.
Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İllik hesabatı Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.
Məruzədən sonra illik məlumat müzakirəyə çıxarılacaq, deputatlar rəy və təkliflərini səsləndirəcəklər.