arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ermənistan bu görüşə ev sahibliyi etmək istədiyini təsdiqlədi - Bayramov İrəvana gedir?

Ermənistan bu görüşə ev sahibliyi etmək istədiyini təsdiqlədi - Bayramov İrəvana gedir?Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir.

Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edir.

“Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən 3+3 məşvərət platformasının üçüncü iclası zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, - XİN-dən bildiriblər.

XİN-dən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ