arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İrəvan Əliyevlə Paşinyanın Albaniya görüşünü şərh etdi: Kifayət qədər...

İrəvan Əliyevlə Paşinyanın Albaniya görüşünü şərh etdi: Kifayət qədər...Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla arasında Albaniyada keçirilən görüş konstruktiv keçib.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İrəvan Dialoqu forumu çərçivəsində jurnalistlərə bildirib.

"Bizim fikrimizcə, görüş kifayət qədər konstruktiv keçdi. Və iki ölkənin liderləri sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər", - o bildirib.

İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.

Xatırladaq ki, Əliyev-Paşinyan görüşü mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammiti çərçivəsində baş tutub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ