arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Moskvadan İrəvana sərt xəbərdarlıq: Birmənalı seçim etməli olacaqsınız

Moskvadan İrəvana sərt xəbərdarlıq: Birmənalı seçim etməli olacaqsınız


Ermənistanın eyni vaxtda həm Aİ, həm də Aİİ-də olmaq imkanı olmayacaq, yəni rəsmi İrəvan tamamilə birmənalı seçim etməli olacaq.

Bunu Aİİ İşgüzar Şurasının icraçı katibi, RSPP-nin icraçı direktoru Sergey Mixneviç “Sputnik”ə bildirib.

Onun sözlərinə görə, mənfi qərar qəbul edilərsə, “itirilmiş” həcmləri kompensasiya etmək problemli olacaq. Çünki Aİ ilə daha da yaxınlaşma ilə bağlı qərar qəbul olunarsa, Aİİ tərəfindən zəruri tarif mühafizəsi tədbirləri tətbiq olunacaq ki, bu da Avrasiya ölkələri ilə ticarətin ciddi şəkildə azalmasına səbəb olacaq.

“Ermənistan iqtisadiyyatının hansı üstünlüklərə və potensial itkilərə malik ola biləcəyinə gəlincə, burada sözün əsl mənasında bir neçə rəqəm var. Əgər biz Ermənistanın ÜDM-nin mütləq dinamikasına nəzər salsaq, 2015-ci ildən sonra onun 9,5 milyard dollardan 24 dollara yüksəldiyini görərik. Rəqəmlər öz sözünü deyir: Ermənistanın Aİİ ilə ticarəti Ermənistanın bütün Aİ ölkələri ilə ticarətindən demək olar ki, 1,8 dəfə çoxdur. Erməni dostlar öz faydalarını və potensial risklərini qiymətləndirməyə ehtiyatlı və praqmatik yanaşırlar”, - Mixneviç qeyd edib.

O, həmçinin hesab edir ki, Qərbə dönüş İranla ticarət əlaqələrinə də təsir edə bilər. Mixneviçin müşahidələrinə görə, ticarət intensivliyi indeksi göstərir ki, erməni tərəfdaşlar İranla ticarət əlaqələrindən səmərəli istifadə edirlər ki, bu da əsasən Ermənistanın Aİİ-də olması ilə bağlıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ