arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Görürdən xəbərdarlıq: Əsl fəlakət onda olacaq!

Görürdən xəbərdarlıq: Əsl fəlakət onda olacaq!


6 fevral zəlzələsi Şərqi Anadolu sınma xəttinin üzərində olan zəlzələ idi. Ən böyük zəlzələ Diyarbəkirə təsir edəcək Bitlis-Zaqros xəttindədir. O hərəkətə keçəndə böyük fəlakət olacaq.

Bu sözləri türkiyəli alim Naci Görür 2023-cü il Qəhrəmanmaraş zəlzələsinin ildönümü ilə bağlı təşkil edilən paneldə çıxışında deyib.

"Zəlzələ taleyimiz deyil. Bunu heç vaxt dini inanclarımızla əlaqələndirə bilmərik. Elazığda zəlzələ oldu, iki gün sonra uca səslə "Qəhrəmanmaraşa diqqət edin" dedim. Rəsmi qurumlar səsimi duymadı. Zəlzələnin dəqiq vaxtını heç kim bilmir, amma təxmin edə bilər.

Bugünkü texnologiya, elmlə Diyarbəkiri "zəlzələyə dözümlü" edə bilərik. Zəlzələnin təsiri az və ya çox ola bilər. Diyarbəkirə təsir edəcək zəlzələ Bitlis-Zaqros sınma xəttinin üzərindədir və o hərəkətə keçəndə əsl fəlakət baş verəcək", - deyə alim bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ