arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İrəvanda azərbaycanlıların videosunu erməni çəkib? - - Qərib saxlanıldı və...

İrəvanda azərbaycanlıların videosunu erməni çəkib? - - Qərib saxlanıldı və...İrəvanın mərkəzindəki meydanda azərbaycanlıların “Qarabağ" mahnısını oxuduğu videonu yayan Qərib Babayan saxlanılıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 30-da videonu öz səhifəsində paylaşan “Müstəqil Strateji Araşdırmalar Mərkəzi”nin sahibi Qərib Babayan Ermənistan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Qərib Babayan daha sonra məhkəmə zalından azadlığa buraxılıb.

O, inzibati nəzarətə götürülüb və onun ictimaiyyət qarşısında çıxış etmək hüququ məhdudlaşdırılıb.

Xatırladaq ki, İrəvanda Respublika meydanında "Anadır arzulara hər zaman Qarabağ", mahnısı oxuduğuna görə İran azərbaycanlısı saxlanılıb. Musavat.com Shamshyan.com xəbər portalının məlumatına əsasən bildirir ki, İran vətəndaşı olan soydaşımız xuliqanlıq bəhanəsi ilə Ermənistan polisi tərəfindən həbs edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ