arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Türkiyə aeroportlarında yenilik

Türkiyə aeroportlarında yenilik


Türkiyənin yerli imkanlarla təkmilləşdirdiyi hava nəqliyyatının görüntüləmə proqramı - İnteraktiv Radar Analizi və Data ekranı (İRADE) ölkənin Atatürk və Çukurova aeroportlarında istifadəyə verilib.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Qeyd edilib ki, yeni sistem ilk dəfə ötən ilin noyabr ayında İstanbul və Muğla Dalaman hava limanlarında tətbiq olunub. Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) tərəfindən təkmilləşdirilən yeni sistemin Trabzon, Antalya, Milas-Bodrum və Adnan Menderes aeroportlarında da qurulumu üçün işlərə start verilib və bu ilin ilk yarısında tamamlanması gözlənilir.

Nazir daha az resursla daha effektiv işləyərək, daha sürətli nəticələr verən İRADE-nin ölkənin xaricdən asılılığını azaltdığını və hər gün inkişaf edən, böyüyən aviasiya sənayesi ilə tam inteqrasiyanı təmin etdiyini bildirib.

  • Sosial şəbəkədə paylaş