arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu şəhərin küçələrində siqaret çəkmək QADAĞAN EDİLDİ

Bu şəhərin küçələrində siqaret çəkmək QADAĞAN EDİLDİ


Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkmək qadağan edilib.

Qərar Beynəlxalq sərgiyə (Expo-2025) hazırlıq çərçivəsində baş verib. İndiyədək 6 məhəlləni əhatə edən qadağa hazırda bütün şəhərə şamil edilir. Qaydanı pozanlar 1000 yen (təxminən 10 AZN) cərimə edilir.

Bundan başqa, restoranlarda da siqaret çəkilməsi qaydaları dəyişib. Sahəsi 30 kvadrat metrdən çox olan restoranlarda xüsusi ayrılmış yer olmadığı təqdirdə tütün məmulatlarından istifadə qadağandır. Ötən həftəyə qədər bu norma 100 kvadrat metr idi.

Qeyd edək ki, Osaka şəhəri 13 aprel-13 oktyabr tarixlərində “Expo-2025”ə ev sahibliyi edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ