Sizin reklam burada
Sizin reklam burada

"KTMT Ermənistanı ən həlledici anda problemləri ilə baş-başa buraxdı"

"KTMT Ermənistanı ən həlledici anda problemləri ilə baş-başa buraxdı"


Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Ermənistanı ən həlledici anda problemləri ilə baş-başa buraxdığını bildirib.

Publika.az xəbər verir ki, o, bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan imkan daxilində öz təhlükəsizliyini təmin etməlidir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev bəyan edib ki, Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə KTMT-də əməkdaşlıq olmadan mümkün deyil.

Dekabrda Paşinyan Rusiyanı Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvanın Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarını rədd etmək cəhdləri ilə bağlı sözlərinə cavab olaraq verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ