Sizin reklam burada
Sizin reklam burada

İrəvanda Bakıya qarşı yeni təxribat: separatçılar bu təşkilatlara müraciət etdilər

İrəvanda Bakıya qarşı yeni təxribat: separatçılar bu təşkilatlara müraciət etdilər

Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı ərazi iddialarını aktivləşdirib.

Publika.az xəbər verir ki, separatçılar İrəvana qayıdandan sonra ilk dövrlər daha səssiz mövqe sərgiləsələr də, artıq qondarma “müqəddəratını təyinetmə” hüququ haqda intensiv olaraq danışmağa başlayıblar.

Dünən – 10 dekabrda isə bu iddialarını beynəlxalq müstəvidə qaldırmağa cəhd ediblər. Ermənistan mediasının məlumatına görə, separatçı fəaliyyətlə məşğul olmuş “siyasi partiya”, “qht”, “media rəhbərlərindən ibarət 120 “təşkilatın” adından BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, keçmiş Minsk qrupu ölkələrinin rəhbərlərinə, Avropa Şurasına, Avropa İttifaqı Şurasının sədrinə, Avropa Parlamentinin sədrinə, MDB-nin baş katibinə, KTMT-nin baş katibinə və NATO-nun baş katibinə müraciət ünvanlanıb.

Müraciəti Qarabağın Azərbaycandan ayrılması haqda 10 dekabr 1991-ci ildə keçirilən qondarma “referendum”un ildönümü ilə əlaqələndiriblər və beynəlxalq təşkilatlardan “öz müqəddəratını təyinetmə” məsələsində kömək istəyiblər.

Belə müraciətlər Azərbaycan ərazisində erməni separatizminin məhv edildiyi reallığını dəyişməyəcək. Lakin bu, Ermənistan ərazisindən Azərbaycana qarşı separatçı iddiaların davam etməsi deməkdir və bu, həm sülh müqaviləsini, həm də bölgədə təhlükəsizliyin təmin edilməsini sual altında sala bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ