Sizin reklam burada
Sizin reklam burada

Gəncənin bombalanması əmrini Araik verməyib? - Babayan SİRLƏRİ AÇIR

Gəncənin bombalanması əmrini Araik verməyib? - Babayan SİRLƏRİ AÇIR


Ermənistanda 44 günlük müharibəni araşdıran istintaq komitəsi Qarabağda keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayanı dindirib.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri Babayanın ifadəsindən müəyyən detalları dərc edib.

Əsas diqqətçəkən məqamlardan biri Babayanın 2020-ci ilin 4 oktyabrında Gəncə şəhərinin bombalanması əmrinin verilməsi haqda dedikləridir. Hazırda Bakıda həbsdə olan separatçıların keçmiş “başçısı” Araik Arutyunyan Gəncənin bombalanması əmrini özünün verdiyini bildirib. Lakin Babayan iddia edir ki, Gəncəyə terror hücumunun əmrini Arutyunyan verməyib.

Müstəntiq: “2020-ci ilin 4 oktyabrında Araik Arutyunyan “Facebook” səhifəsində yayımladığı mesajda Gəncənin onun əmri ilə vurulduğunu bildirib. Bu haqda nə deyə bilərsiniz, bu hücum onun göstərişi ilə həyata keçirilib? Yoxsa ondan Gəncə şəhərini hədəfə almaq məsuliyyətini şəxsən üzərinə götürməsini istəyiblər?”

Samvel Babayan: “Məndə olan məlumata görə, Araik Arutyunyan Gəncə şəhərinin bombalanması əmrini verməyib, lakin onun guya belə bir əmr verdiyini deməsinin səbəbini bilmirəm”.

Ermənistan mediası Babayanın ifadəsinin davamını da dərc edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ